Noyabrın 19-dan 21-dək Rusiyanın paytaxtı Moskvada fiqurlu konkisürmə üzrə Qran-Pri turniri keçiriləcək.

Open.az xəbər verir ki, fiqurlu Konkisürmə Federasiyanın vitse-prezidenti Fuad Quliyevin verdiyi məlumata görə, turnirdə Azərbaycanın iki təmsilçisi iştirak edəcək. Belə ki, kişilərin yarışında Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova mübarizə aparacaq.

Qeyd edək ki, noyabrın 19-da Qran-Prinin püşkatması, sonrakı iki gündə isə yarışlar keçiriləcək.