Afrika Futbol Konfederasiyasının (CAF) rəhbəri və FIFA-nın vitse-prezidenti Əhməd Əhməd 5 il müddətinə futboldan kənarlaşdırılıb.

Open.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, diskvalifikasiya qərarı FİFA-nın müstəqil etika komitəsinin məhkəmə palatası tərəfindən intizam istintaqı əsasında verilib.

Əhməd vəzifəsindən sui-istifadə, pul mənimsəmə, ofisdə hədiyyələr qəbul etmək və ya təqdim etməkdə günahkar bilinir.

Funksioner 200 min İsveçrə frankı məbləğində də cəzalandırılıb.