2021-ci ildə dünya çempionatında debüt etmək arzusunda olan yeni komandalara Avropa mətbuatında həsr edilən yazılara Formula 1-də reaksiya veriblər.

Open.az xəbər verir ki, dünən axşam elan edilən bəyanatda deyilir: “Son zamanlar bəzi təşkilatlar 2021-ci ildən dünya çempionatında çıxış etmək istəkləri barədə bildiriblər. Bu, ictimai rezonans yaradıb. Formula 1-də bu marağın dəyərləndirilməsinə baxmayaraq, biz təsdiqləyə bilərik ki, hansısa yeni komandanın çempionatda iştirakı ilə bağlı nə ayrı-ayrı şəxslərlə, nə şirkətlərlə heç bir ciddi müzakirələr aparılmayıb”.