Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endryu Parsons Beynəlxalq Olimpiya Komitəsinə (BOK) üzv seçilib.

Open.az xəbər verir ki, qərar BOK-un Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sessiyasında qəbul olunub.

E.Parsons ötən ilin sentyabrında BPK-yə prezident seçilməklə bu postda britaniyalı Filip Kreyveni əvəzləyib. F.Kreyven vəzifəsindən uzaqlaşdırılqıdan sonra BOK-dakı fəaliyyəti də dayandırılıb.

BOK-a E.Parsonsla yanaşı, daha səkkiz nəfər üzv seçilib. Bunlar Beynəlxalq Gimnastika Federasiyasının prezidenti, yaponiyalı Morinari Vatanabe, Litva Milli Olimpiya Komitəsinin prezidenti Dayna Qudzineviçyute, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo, Paraqvay Milli Olimpiya Komitəsinin prezidenti Peres Lopes Moreyra, Uqanda Milli Olimpiya Komitəsinin prezidenti Uilyam Blik, Butan Milli Olimpiya Komitəsinin prezidenti, şahzadə Ciqel Uqen Vanqçuk, Ruanda Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Felisite Rvemarika və Əfqanıstandan hüquq müdafiəçisi Samira Asqaridir.