Məşhur Böyük Britaniyalı tennisçi Endi Marrey bu mövsüm sonunda karyerasını bitirməyi planladığını açıqlayıb.

Open.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, dünyanın keçmiş bir nömrəsi, üçqat "Grand Slam", həmçinin ikiqat Olimpiya çempionu olan tennisçi Vinbeldon turnirindən sonra peşəkar karyerasını bitirəcəyini bildirib. Murreyin tennisdən ayrılmaq istəməsinin səbəbi əməliyyat etdirdiyi sağ budundakı ağrılara dözə bilməməsi olduğunu bildirib:

"Mən komandamla danışdım və davam edə bilməyəcəyimi onlara söylədim, çünki özümü yaxşı hiss etmirəm. Bir yerdə karyeramı bitirməli idim. Budumda olan ağrılara dözə bilmirəm. Təxminən 20 aydır ki, bu ağrılarla mübarizə aparıram. Həm də bu ağrılar mənim yüksək səviyyədə oynamağıma mane olur. Ümid edirəm Wimbledonda iştirak edə biləcəyəm. Çünki karyeramı orada bitirmək istəyirəm. Amma ola bilər ki, hazırda davam edən "Australian Open" turniri mənim üçün sonuncu olsun"

Qeyd edək ki, dünyanın keçmiş 1 nömrəsi olan ingiltərəli tennisçi hazırda 230-cu sırada qərarlaşıb.

Manaf Qasımbəyli