2016-ci ildə 74 yaşında həyatını itirən əfsanəvi boksçu Məhəmməd Əlinin adı məmləkəti Kentukkidəki hava limanına veriləcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hava limanının İdarə Heyətinin ötən gün keçirdikləri iclasda qərar qəbul edilib.

Beləliklə aeroportun adı "Louisville Muhammed Ali" hava limanı olaraq dəyişdiriləcək.

Məhəmməd Əlinin xanımı Lonnie Ali verdiyi açıqlamada, sözügedən ad dəyişikliyindən dolayı qürur duyduğunu bildirib: "Əli bir dünya vətəndaşı olmasına baxmayaraq, heç vaxt məmləkətini unutmayıb".

Hava limanının idarə heyəti isə sözügedən dəyişikliyin bir ildən çoxdur aparılan işin nəticəsi olduğunu qeyd edib.

Qeyd edək ki, sözügedən qərar Məhəmməd Əlinin doğum günündən bir gün əvvəl verilib. Bu gün Məhəmməd Əlinin dünyaya gəlməsindən 77 il keçir.

Gülnar Qafarlı