"Nielsen" marketinq şirkəti dünyanın ən qiymətli idmançılarının siyahısını tərtib edib.

Open.az xəbər verir ki, sıralamanın ilk pilləsində İspaniya "Barselona"sının kapitanı Lionel Messi yer alıb. Argentinalı hücumçu 115 xal toplayıb.

Onu 113 xalla İtaliyanın "Yuventus" klubunun forvardı Kriştianu Ronaldu izləyir. 3-cü sırada isə 110 xalı olan ABŞ-ın "Los-Anceles Leykers" komandasının basketbolçusu Lebron Ceyms qərarlaşıb.

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov isə səsvermədə 7-ci olub - 106 xal. O, Məhəmməd Salah ("Liverpul", İngiltərə), Paulo Dibala ("Yuventus", İtaliya) və Eden Azar ("Real Madrid", İspaniya) kimi məşhur futbolçuları qabaqlamağı bacarıb.

Qeyd edək ki, seçim zamanı idmançıların nüfuzu, uğurları, aktuallığı, rezonansı və gəlirləri nəzərə alınıb.