Dünyanın bir nömrəli tennisçisi hesab olunan serbiyalı Novak Cokoviç koronavirusa yoluxub.

Open.az-ın məlumatına görə, idmançının verdiyi test nəticəsi müsbət çıxıb.

N.Cokoviç testin nəticəsini “Adria Tour” turnirindən sonra öyrənib.

Bu turnirdə iştirak edən bir sıra tennisçi virusa yoluxsa da, serbiyalı ulduz testi keçməkdən imtina edirdi.

Tennisçinin səhhəti barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, hazırda N.Cokoviç dünya reytinqinə başçılıq edir.