Səudiyyə Ərəbistanında təşkil olunacaq "Dakar-2021” rallisinin bu gün təqdimatı olacaq.

Open.az xəbər verir ki, onlayn formatda təşkil olunacaq təqdimatda yarışın marşrutu və yeniliklər barədə məlumat veriləcək.

Yarışın rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq təqdimatda Səudiyyə Ərəbistanının İdman naziri Abdulaziz bin Turki Əl Feysal Əl Saud, yarışın direktoru David Kaster, ölkənin avtomobil və motosiklet federasiyalarının nümayəndələri iştirak edəcəklər.