Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Qran-prisinin vaxtının müəyyənləşdirilməsinə dair xəbərlərə münasibət bildirib.

Open.az xəbər verir ki, bu barədə "Report"a i BŞH-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva açıqlama verib.

O, Azərbaycan Qran-prisinin vaxtının hələ bəlli olmadığını söyləyib. BŞH rəsmisi bu səbəbdən, heç bir açıqlama verə bilməyəcəklərini vurğulayıb: "Bu təqvimi "Formula 1" şirkəti yaymayıb, hansısa sayt açıqlayıb".

Qeyd edək ki, "Autosport" nəşri "Formula 1" üzrə dünya çempionatının ilkin təqvimini yayıb. Yarışın 12 mərhələdən ibarət olacağı, Azərbaycanda "Formula -2" yarışının isə 19-20 sentyabrda gerçəkləşəcəyi iddia olunub. Daha öncə Almaniyanın "Bild" nəşri Azərbaycan Qran-prisinin 5-6 sentyabrda baş tutacağını yazıb.