Boks üzrə gənclər arasındakı dünya çempionatı koronavirus pandemiyasına görə təxirə salınıb.

Open.az xəbər verir ki, bu barədə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytında məlumat verilib. Belə ki, bu il noyabrın 2-dən 9-dək Polşanın Keltse şəhərində təşkili planlaşdırılan turnir 2021-ci ilin aprelin 10-dan 24-dək də keçiriləcək.