Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2012-ci ildə London Olimpiadası keçirilən dövrdə götürülmüş dopinq sınaq nümunələrini bir daha yoxlayacaq.

Open.az xəbər verir ki, nümunələrin təkrar yoxlanılması üçün müasir metodikalardan istifadə ediləcək.

Yoxlamanı Müstəqil Dopinq Testləşdirmə Təşkilatı (İTA) aparacaq. Sınaq nümunəsi şübhə doğurduqda idmançıya bu barədə məlumat veriləcək və bundan sonra, ola bilsin ki, təhqiqat başlanacaq.

Bundan əvvəl BOK London Olimpiadası keçirilən dövrdə götürülmüş 500-dən çox dopinq sınaq nümunəsini təkrar yoxlayıb. Təkrar yoxlamalar nəticəsində 48 halda pozuntular aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır