Son dövrlər Azərbaycanda da ən çox müraciət olunan idman növlərindən biri məhz bodibildinqdir. Ölkədə bu idman növünə maraq kifayət qədər yüksək səviyyədədir.

Bodibildinq (ing. body - bədən, building - qurmaq) xüsusi fiziki məşq hesabına əzələlərin inkişafı, şişirdilməsidir. Bu idman növünün tarixi kifayət qədər keçmişə dayanır. İlk trenajor aparatını XIX əsrin əvvəllərində alman Fridrix Lüdviq Yan ixtira edib. Həmin əsrin ikinci hissəsində isə İsveçdən olan həkim Vilhelm Tsander ilk trenajor zalını açıb. Çoxu bodibildinqi fitnes hesab edir. Bu iki fərqli idman növünün tez-tez səhv salınmasının səbəbi fitneslə məşğul olan bir insanın da əzələli görünməsidir.

Bodibildinq məşqçisi: “Xanımlarla işləməyi sevmirəm, onlar bir az şıltaq olurlar”

Bodibildinq üzrə peşəkar idmançı və məşqçi Fuad Quluzadə Open.az-a açıqlamasında Azərbaycanda Bodibildinq və Fitnes idmanı ilə məşğul olmaq üçün kifayət qədər şəraitin olduğunu bildirib: “İdman populyarlaşdıqca yeni zallar fəaliyyətə başlayır. Bu idman növünün ardınca getmək istəyən həqiqətən çoxdur”.

Bodibildinq məşqçisi: “Xanımlarla işləməyi sevmirəm, onlar bir az şıltaq olurlar”

İdmançı həmçinin qeyd edib ki, bodibildinqə başlamaq istəyən gənclər qidalanma normalarına düzgün əməl etmirlər: “Gənclərimizdə belə bir problem var ki, bu idman növündə ən vacib məsələnin qidalanma olduğunu bilmirlər. Gözəl bədən quruluşuna malik olmaq və formaya düşmək üçün pəhriz mütləqdir. Çoxları pəhrizin az yemək olduğunu düşünür. Əslində isə, mən deyərdim, pəhriz yeməyi çoxaldıb kalori miqdarına fikir vermək və gündəlik rejim tərtib etməkdir. Gənclər isə zala gəlib sadəcə idmanla formaya düşəcəklərini zənn edirlər. Lakin bilmək lazımdır ki, məşq zalında işin 60 faizi görülürsə, məsələnin 40 faizi də mətbəxin payına düşür”.

Bodibildinq məşqçisi: “Xanımlarla işləməyi sevmirəm, onlar bir az şıltaq olurlar”

“Xanımlarla işləməyi sevmirəm, onlar bir az şıltaq olurlar. Oğlanlardan isə, demək olar, müraciət edən hər kəsi qəbul edirəm. Həftənin birinci, üçüncü və beşinci günləri saat 12:00-dan 22:00-dək tələbələrlə məşğul oluram. Məşqlərimiz tələbənin fiziki göstəricilərini nəzərə alaraq 45 dəqiqədən 1 saat 20 dəqiqəyədək davam edir. Hər yaşa uyğun məşq proqramı və məşq hərəkəti tərtib olunur. Şəxsən mən heç vaxt 15-16 yaşlı uşağa ştanqla oturub-durma hərəkətini etdirmərəm. Həm fiziki, həm də hormonal baxımdan, bu, düzgün olmaz. Bu səbəbdən hər kəsə fərdi yanaşılmalıdır. Yaşlı tələbəm yoxdur. Ümumiyyətlə, mənə elə gəlir ki, yaşlıların ağırlıq qaldırmağına ehtiyac yoxdur, onların zala gedib yalnız qaçış aparatında qaçmağı kifayət edir”, - deyə məşqçi bildirib.

Kanan Abid

Bodibildinq məşqçisi: “Xanımlarla işləməyi sevmirəm, onlar bir az şıltaq olurlar”