Bu gün Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Open.az-a verilən məlumata görə, ölkəmizi bu yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər.

Gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar. Belə ki, Yelizaveta çoxnövçülük xallarına əsasən ilk olaraq bürünc medal qazanıb. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə isə top və lent ilə çıxışları gimnastımıza qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.

Fatimə isə lent ilə çıxışlarına görə bürünc medala sahiblənib.