İspaniyanın "Barselona" basketbol komandasının baş məşqçisi Şarunas Yasikyaviçyus koronavirusa yoluxub.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, litvalı mütəxəssislə yanaşı, onun köməkçisi Daryus Maskolyunasda infeksiya aşkarlanıb.

Hər iki şəxsin təcrid olunduğu və özlərini yaxşı hiss etdiyi bildirilib.

Qeyd edək ki, 44 yaşlı Şarunas Yasikyaviçyus bu ildən "Barselona"ya rəhbərlik edir.