Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib. Təqvimə əsasən, cari ilin noyabrında Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər.

Open.az xəbər verir ki, noyabrın 13-19-da paracüdo üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. Eyni zamanda, 2021-ci ilin mayında Bakıda paracüdo üzrə Qran-Pri yarışlarının keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib. 2021-ci ilin mayında keçiriləcək Qran-Pri “Tokio-2020” Yay Paralimpiya Oyunlarından əvvəl sonuncu təsnifat yarışı olacaq.

Cari ilin noyabrında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.