Bu il "Formula 1" yarışının keçirilməsi üçün Bakı təxminən 60 milyon dollar ödəyəcək.

Open.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb.

Eyni zamanda, “Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun tərəfindən tətbiq edilən qaydalara görə, hər bir növbəti mərhələ, əvvəlki dövrə nisbətən 5-10 faiz baha olacaq.

Qeyd edək ki, “Formula”nın 21 təşkilatçısından 16-sı Londonda Promouterlər Assosiasiyasında (FOPA) bir araya gələrək, rəsmi bəyanat yayıblar. Azərbaycan,Rusiya, Bəhreyn, Sinqapur və Abu-Dabi Qran-prilərinin promouterlərinin imza atmadıqları bəyanatda təşkilatçılar “Liberty Media”nın iş prinsiplərini tənqid ediblər.

Gülnar Qafarlı