Badmintonçumuz Edi Reski Dviçayo Lin Dan, Kento Momota kimi badminton ulduzlarının da qatıldığı "YONEX German Open 2019" turnirində iştirak edib.

Azərbaycan Badminton Federasiyasından Open.az-a verilən məlumata görə, təmsilçimiz Almaniyanın Mülhaym şəhərində keçirilən "BWF World Tour Super 300" seriyalı turnirə təsnifat mərhələsindən başlayıb.

Dviçayo ilk görüşündə Malayziya idmançısı Soonq Jo Venə 0:2 (21-23,11-21) hesabı ilə uduzub.