Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının 8-ci turunun oyunları başa çatıb.

Open.az xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət milli komandası Fransa yığmasına 2,5:1,5 hesabı ilə qalib gələrək xallarının sayını 12-yə çatdırıb.

Bu nəticə ilə komandamız Rusiya (14 xal) və Gürcüstan (13 xal) yığmalarından sonra 3-cü yerdədir.