Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.

Open.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı hakim Qətərin paytaxtı Dohada “ANOC World Beach Soccer Games” turnirinin final mərhələsinin oyunlarında iş başında olacaq.

Qeyd edək ki, final mərhələsinin oyunları 12-16 oktyabrda keçiriləcək.