Azərbaycanı şahmat üzrə Dünya Kubokunda təmsil edəcək qrossmeysterlər müəyyənləşib.

Open.az Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, reytinqə əsasən, ölkəni Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov təmsil edəcəklər.

Arkadi Naydiç isə ehtiyat oyunçu kimi göstərilib.

Qeyd edək ki, Dünya Kuboku 9 sentyabr – 4 oktyabrda Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Turnirdə 128 şahmatçı iştirak edəcək. Ən yaxşı nəticəyə imza atacaq iki qrossmeyster 2020-ci il dünya çempionu titulu uğrunda İddiaçılar Turnirinə qatılmaq hüququ əldə edəcək.

Azərbaycanı Dünya Kubokunda bu şahmatçılar təmsil edəcək