İsveçrənin Bil şəhərində 53-cü beynəlxalq festivalda şahmatın rapid, klassik və blits turnirləri başa çatıb.

Open.az xəbər verir ki, Azərbaycan təmsilçisi Arkadi Naydiç 3 turnirin nəticəsinə görə, 22,5 xalla beşinci yerdə qərarlaşıb.

Polşalı şahmatçı Radoslav Voytaşek 37 xalla yarışları birinci yerdə başa vurub.