Kişi idman gimnastikası üzrə Azərbaycan yığmasının 3 üzvü koronavirusa yoluxub.

Open.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komanda 9-13 dekabrda Türkiyənin Mersin şəhərində keçiriləcək Avropa Çempionatında iştriak etməyəcək.

Bütün nümayəndə heyəti Mersinə yola düşməmişdən əvvəl koronavirusa görə testdən keçib və bütün üzvlərinin nəticəsi neqativ olub.

Pandemiya dövründə təşkil olunan yarışlarda bir qayda olaraq Yerli Təşkilat Komitəsi təkrarən test keçirir.

3 gimnastda artıq Mersində götürülən testin nəticəsi pozitiv olub. Hazırda onlar özlərini yaxşı hiss edirlər və sağaldıqdan sonra Bakıya qayıdacaqlar.

Nümayəndə heyətimizin digər üzvlərində Mersində ardıcıl olaraq götürülümş 2 testin nəticəsi neqativ çıxdığından, onlar Bakıya qayıdacaq və karantin rejiminə riayət edəcəklər. Virusa yoluxmuş şəxslər arasında həm gənc, həm də böyük idmançılar olduğundan və testləri neqativ çıxmış gimnastların da onlarla təmas etməsi səbəbindən, yığma komanda yarışlarda iştirak etməmək məcburiyyətində qalıb.