Azərbaycan idmançısı Boyanka Kostova Türkiyənin Qaziantep şəhərində keçirilən və ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr edilən beynəlxalq turnirin qalibi olub.

Open.az Azərbaycan Ağır Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, “Tokio 2020” Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakteri daşıyan turnirdə B.Kostova (59 kq) toplam 219 kiloqram (95+124) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalını qazanıb.

İyirmidən çox ölkədən 80-ə yaxın atletin çıxış etdiyi beynəlxalq turnirdə ölkəmizi Azərbaycan yığmasının üzvləri Səbinə Əzimova (55 kiloqram), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) təmsil edirlər.
Səbinə Əzimova 55 kiloqram çəki dərəcəsində toplam 173 kiloqram (75+98) nəticə ilə dördüncü yeri tutub.