Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) koronavirus pandemiyasının maliyyə fəsadlarını azaltmaq üçün idmançılara edəcəyi maliyyə yardımının detallarını açıqlayıb.

Open.az Rusiya Qılıncoynatma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, FIE bunun üçün ümumilikdə 1 milyon İsveçrə frankı (1 060 000 ABŞ dolları) ayırıb.

Bu məbləğdən hər federasiyaya 4 min İsveçrə frankı veriləcək. Hakimlərə isə 1 000 İsveçrə frankı ödəniləcək.

Qeyd edək ki, maddi yardımdan Azərbaycan qılıncoynadanları da yararlana biləcəklər.