Azərbaycan milli komandası bu il İsveçrənin Bazel şəhərində keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək.

Open.az bu barədə Avropa Gimnastika təşkilatına istinadən məlumat verir.

İlkin siyahıya əsasən, Azərbaycanı Avropa çempionatında 7 idmançı - 5 kişi, 2 qadın idman gimnastı təmsil edəcək.

Avropa çempionatının aprelin 21-25-də keçirilməsi planlaşdırılır. Yarışda 40 ölkədən 323 gimnast iştirak edəcək.