Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisinin üzvü Aleks Mollenhauer karyerasını İspaniyada davam etdirəcək.

Open.az xəbər verir ki, hücumçu "Leqanes" klubu ilə birillik müqavilə imzalayıb.

Basketbolçumuz son mövsümü Tələbə İdmanı Milli Assosiasiyasında (NCAA) mübarizə aparan Anderson Universitetində keçirib. O, ikinci divizionda hər oyunda orta hesabla 19,7 xal, 8,2 topalma və 3,4 ötürməyə imza atıb.

Azərbaycanın 3x3 yığmasının üzvü NCAA ikinci divizionunda mövsümün rəmzi komandasına daxil edilib.