İsraildə keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatının ikinci günü də Azərbaycan gimnastları üçün uğurlu olub.

Open.az xəbər verir ki, Azərbaycan akrobatları Avropa çempionatında daha bir bürünc medal qazanıblar.

Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü də bugünkü final mərhələsində fəxri kürsüyə yüksəliblər.

Qeyd edək ki, yarışın birinci günü də idmançılarımız üçün uğurlu olub. Belə ki, təmsilçilərimizdən Murad Rəfiyev və Daniel Abbasov bürünc medal qazanıblar.