Minsk 2019-cu ildə keçirilməsi planlaşdırılan ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək.

Open.az xəbər verir ki, bununla əlaqədar olaraq oyunlara hazırlıq işləri başlayıb.

Belarusda keçiriləcək Avropa Oyunlarının "Facebook" səhifəsi də "The 2nd European Games 2019" adı ilə fəaliyyət göstərməyə başlayıb.

Xatırladaq ki, yarışmanın öncə Rusiyada keçirilməsi planlaşdırılsa da, daha sonra qərar dəyişdirilib.