Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Koçiyançiç 79 yaşında dünyasını dəyişib.

Open.az xəbər verir ki, bu barədə EOC-un rəsmi saytında məlumat verilib. Sloveniyalı Y.Koçiyançiçin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Y. Koçiyançiç 2017-ci ildən quruma rəhbərlik edirdi. O, 2015-ci ildən EOC İcraiyyə Komitəsinin üzvü idi.

Y.Koçiyançiç bir neçə dəfə Azərbaycanda olub. O, ötən il Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimində də iştirak edib.