Fransanın Pro B Liqasında çıxış edən "Nant" klubunun amerikalı müdafiəçisi Cermeyn Marşall öz mənzilində ölü tapılıb.

Open.az-ın xarici mətbuata istinadən məlumatına görə, 28 yaşlı basketbolçunun hansı səbəbdən öldüyü hələ məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları futbolçunun ölümü ilə bağlı istintaq tədbirləri həyata keçirir.

Bildirilir ki, klubun qarşıdan gələn oyunu matəm səbəbindən təxirə salınacaq.