Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) Azərbaycanda korrupsiya halları ilə üzləşib.

Open.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi idmançı və məşqçilər tərəfindən qaydaları pozmağın müqabilində korrupsiya xarakterli müxtəlif təkliflər olub.