AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.

Open.az xəbər verir ki, Mehtiyeva Millətlər Liqasının qrup mərhələsində Ukrayna və İspaniya komandaları arasındakı matçda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 13-də Kiyevdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.