Formula 1 əfsanəsi Mixail Şumaxer 2013-cü ildən bəri həyatla mübarizə aparır.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur pilotun xanımı Corinna Şumaxer illər sonra səssizliyini pozub.

O, alman pilot üçün "Döyüşmək üçün doğulub" adlı mahnı bəstələyən musiqiçi Saşa Herchenbacha məktub yazıb.

Corinna məktubda musiqiçiyə təşəkkürünü bildirib: " Hamımız bilirik ki, Maykl bir döyüşçüdür və bundan əl çəkməyəcək"

Alman bəstəkar Corinna Şumaxerin qələmə aldığı məktuba olduqca təəccübləndiyini etiraf edib. Şumaxerin həyat yoldaşının yazdıqları uzun zamandır xəbər olmayan əfsanəvi pilota dair ümidverici sözlər kimi qiymətləndirilib.

Qeyd edək ki, 2013-ci ilin dekabr ayında keçirdiyi qəzadan sonra komaya düşən Şumaxer uzun müddət ərzində komada qalıb və sonra reabilitasiya prosesinə başlanılıb. Alman pilot haqqında yayılan son rəsmi izahat bu olub və o gündən bu yana sağlamlıq vəziyyəti ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Gülnar Qafarlı

5 ildir komada olan Şumaxer üçün səssizliyini pozdu