ABŞ-da velotrek üzrə üçqat dünya çempionu 23 yaşlı Kelli Ketlin intihar edib.

Open.az xəbər verir ki, bu barədə "VeloNews" məlumat yayıb.

Qızın atasının sözlərinə görə, velosipedçinin meyiti Kaliforniya ştatındakı evində aşkar edilib.

Hadisənin səbəbləri araşdırılır. İdmançının ölümü haqqında məlumatı ABŞ Velosport federasiyasının sədri Bob Demartini də təsdiqləyib.

Qeyd edək ki, Kelli Ketlin 2016, 2017 və 2018-ci illərdə dünya çempionatlarında qızıl medal qazanıb.

Gülnar Qafarlı