Saysız beynəlxalq turnirlərdə Azərbaycan bayrağı ilə çıxış edərək sürəkli qələbələr qazanan 10 yaşlı Mina Abbasovaya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının təsis etdiyi "2019-cu ilin gimnastı" nominasıyası üzrə mükafatı təqdim olunub.

Open.az xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə komitənin sədri Fuad Muradov balaca gimnastın təhsil və idman uğurları ilə maraqlanıb.

İndiyə qədər iştirak etdiyi Avropanın müxtəlif arenalarında – Macarıstan, İtaliya, İspaniya, Almaniya, Rumıniya, Polşa, Sloveniya,Xorvatiya, Çexiya, Lüksenburq və başqa ölkələrdə, eyni zamanda Azərbaycandakı yarışlarda 39 medala sahib olan balaca Mina görüşdə Macarıstanın paytaxtı Budapeştdə təhsil aldığı məktəbdəki uğurlarından,müəllimlərindən, idman karyerasından həvəslə danışıb. O, qış tətilində Bakıya gəldiyi üçün çox xoşbəxt olduğundan, buradadoğmaları, dostları iləgözəl vaxt keçirdiyindən, paytaxtımızı dünyanın ən gözəl şəhəri kimiürəkdənsevdiyindən söhbət açıb,özühaqqında çəkilən "Balacagimnast" sənədli filmindən bir nüsxəni diaspora sədrinə hədiyyə edib.

Fuad Muradov görüşdə iştirak edən və balaca Minanı ilin uğurlarına görə"2019-cu ilin gimnastı" nominasıyasına layiq görən "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədovla birlikdə bu xüsusi mükafatı balaca çempiona təqdim edib.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib, balaca gimnasta qiymətli hədiyyələr verilib.

“2019-cu ilin gimnastı mükafatı 10 yaşlı Mina Abbasovaya təqdim olunub