Gənclər arasında qayayadırmanma üzrə dünya çempionu Lüsi Duadi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Open.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verib.

Agentliyin məlumatına görə, 16 yaşlı fransalı idmançı dostları ilə bərabər evinin yaxınlığındakı qayalara baxış keçiridi. O gözlənilmədən sürüşüb və 150 metrlik uçuruma yıxılıb.

Duadi gənclər arasında boulderinq (qayayadırmanma növlərindən biri) üzrə dünya çempionu idi. 2019-cu ildən idmançı böyüklər üçün olan yarışlarda çıxış edirdi və Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməli idi.