Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı 10 yaşlı Mina Abbasovanı 2019-cu ilin gimnastı elan edib.

Open.az xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri Elmar Məmmədov bu barədə Vesti.az-a məlumat verib.

Elmar Məmmədov bildirib ki, M. Abbasova gənc yaşına baxmayaraq 39 medal qazanıb.

“Hazırda gənc gimnast Budapeştdə bir məktəbdə ingilis dilini dərindən öyrənir. O, idman karyerasına 2016-cı ildə, beş yaşında başlayıb. "Beynəlxalq Bahar Kuboku - 2016" da birinci yeri tutub. O vaxtdan bəri Mina Abbasovanın 39 medalı var, onlardan 15-i qızıldır. Minanın ən böyük arzusu doğma Azərbaycanı çempionatlarda və Olimpiya Oyunlarında təmsil etməkdir."- deyə E. Məmmədov bildirib.

10 yaşlı Mina Abbasova 2019-cu ilin gimnastı elan edilib-FOTO