Alınmaz qala adlandırılan Şuşa şəhərənin azad olunmasında bir çox əsgər və zabitlərimizin əməyi var. Həmin şəxslər arasında öz şücaətləri ilə seçilən Cavidan və Cəfər qardaşlarının da adlarını çəkmək yerinə düşər.

Open.az-ın məlumatına görə, Hüseynov Cavidan və Hüseynov Cəfər qardaşları hərbçidir. Hər iki şəxs döyüşlər başlayan gündən cəbhədə olublar.

Biləsuvar rayonu Yuxarı Cürəli kəndindən olan qardaşlar müharibə zamanı yaralansalar da, sağalaraq yenidən döyüşlərə qayıdıblar.

Yaxınlarının veridyi məlumata görə, sağaldıqdan sonra da şücaət göstərən qardaşlar Şuşa uğrunda döyüşlərdə yenidən yaralanaraq qazi adını alıblar.

Bundan əlavə, hər iki şəxs bir neçə hərbçi yoldaşının həyatını xilas edib. Döyüş bölgəsində qalan şəhidlərin nəşini oradan çıxararaq aydiyyəti şəxslərə təhvil verməkdə də köməklik göstəriblər.

Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)

Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)