Türkiyə Müdafiə Nazirliyi feysbuk və tvitter sosial media hesablarında Azərbaycan - Türkiyə birliyini nümayiş etdirən paylaşım edib.

Open.az xəbər verir ki, paylaşılan videoda Azərbaycan və Türkiyənin ortaq hərbi təlimlərindən görüntülər yer alıb.

“Bir ovanın iki dağıyız,

Dumanımız birdir bizim.

Ezelden ebede bu davamız,

Tarafımız birdir bizim”,- deyə paylaşımda qeyd olunub.