Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir.

Bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.