Kapitan Babayev Şamil Baloğlan oğlu İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızdandır.

Open.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ş. Babayev 1988-ci ildə Naxçıvan MR-nın Culfa rayonunun Camaldın kəndində doğulub. Noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə həlak olub.