Vətən Müharibəsində şəhid olmuş Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq nünasibətlər və regionşünaslıq fakültəsinin almanşünaslıq üzrə tələbəsi Elvin Bayramovun xatirəsinə həsr olunan “Qısa ömrün əbədi dastanı” adlı kitab çap olunub.

Bu barədə Open.az-a ADU-nun Mətbuat xidmətindən məlumat verilib.

Kitab universitetin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın təşəbbüsü ilə çap edilib.

Kitab Elvin Bayramovun müəllimlərinin, tələbələrin, şəhidin ailə üzvləri və dostlarının yazılarından ibarətdir.

Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva bildirib ki, onlayn təşkil olunan “dəyirmi masa”da kitabın təqdimatı keçirilib.

Nəşrdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli, Regionşünaslıq kafedrasının müəllimləri - Sevdagül Əliyeva, Səbinə Muradova, Aygün Soltanzadə, Beynəlxalq münasibətlər kafedrasının müəllimləri - Samirə İmanova, Əli Mustafayev, Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimləri Şəfəq Abdullayeva, Leyla Hacıyeva, Xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Nigar Rəcəbova, fakültənin tyutoru Mehriban Qurbanova və başqalarının yazıları yer alıb.