Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov dəfn olunub.

Open.az xəbər verir ki, şəhidin cənazəsi nəşi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

***

15:38

Şəhid həbrçimiz ilə vida mərasimi keçirilir.

Open.az xəbər verir ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Şəhidin cənazəsi Tovuz rayonunun Qazıqulu kəndində yaşadığı evə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

***

14:30

Bu gün şəhid olan Azərbaycan hərbi qulluqçusunun meyidi haşadığı evinə gətirilir.

Open.az xəbər verir ki, saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun cənazəsi Tovuz, Qazıqulu kəndində olan evinə gətirilir.

Şəhid bugün dəfn olunacaq

Şəhid çavuş dəfn edilir -YENİLƏNİBŞəhid çavuşun cənazəsi yaşadığı evə gətirilir (FOTO)Şəhid çavuşun cənazəsi yaşadığı evə gətirilir (FOTO)