Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti tam tərkibdə koronavirusa qarşı peyvən olunub.

Open.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sülhməramlı qüvvələrin nümayəndəsi polkovnik Dmitri Perepelkin məlumat verib.

Onun sözlərinə görə, qrafik üzrə artıq 1,9 mindən çox hərbçi peyvənd olunub.

Perepelkin qeyd edib ki, Qarabağda atəşkəs qorunur, atəşkəsin pozulması halları qeydə alınmayıb.