Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı məruzəsini əks etdirən video yayılıb.

Open.az xəbər verir ki, onun məruzə etdikdən sonra böyük coşqu ilə baş leytenantı qucaqladığı anı əks etdirən video sosial şəbəkələrdə böyük rəğbət qazanıb.

Qeyd edək ki, Gəncə sakini olan Qəmbərov Rauf birinci Qarabağ savaşında ayağının birini və iki gözünü Vətən yolunda qurban verib.