NATO Soyuq Müharibədən bu yana 29 müttəfiq və 6 tərəfdaşının iştirakı ilə keçirəcəyi ən böyük təlimə hazırlaşır.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, "Trident Juncture 18" adlı təlim 25 oktyabr - 7 noyabr tarixlərində Norveçdə keçiriləcək. Təlimdə müttəfiq və tərəfdaş ölkələrdən 50 min əsgər, 150 təyyarə, 60 gəmi və 10 min avtomobil iştirak edəcək.

NATO rəsmiləri təlimin əsas məqsədinin, mümkün təcavüzə qarşı qüvvələrin hazırlıq vəziyyətini tətbiq etmək və ittifaqın müdafiə və çəkindirici gücünü göstərmək olduğunu bildirib.

Hava, quru və dəniz sahələrinin istifadə ediləcəyi təlim intensiv olaraq Norveçdə aparılacaq. Ancaq dəniz təlimi üçün Şimali Atlantika və Baltik Dənizi, hava təlimləri üçün də Finlandiya və İsveçin hava məkanlarından istifadə ediləcək.

Təlimə ən çox əsgər göndərəcək ölkələr arasında ABŞ, Almaniya, Norveç, Böyük Britaniya və Fransa var.

Gülnar Qafarlı