Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib.

Open.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, eləcə də 3 tank, 2 PDM, 6 artilleriya qurğusu, 1 ədəd “Qiasint-B” topu, 2 ədəd “QRAD”, 1 komanda idarəetmə məntəqəsi, 9 ədəd avtomobil texnikası və bir neçə atəş məntəqəsi məhv edilərək sıradan çıxarılıb:

“Hazırda bölmələrimiz cəbhəboyu döyüşləri davam etdirir” - A.Eyvazov qeyd edib.