“TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə yerli və xarici media nümayəndələrinin sentyabrın 10-da təlim keçirilən əraziyə səfəri təşkil edilib.

Müdafiə Nazirliyindən Open.az-a bildirilib ki, təlimdə iştirak edən şəxsi heyət və hərbi aviasiya vasitələri ilə tanış olan jurnalistlər uçuşları izləyib və onları maraqlandıran suallar cavablandırılıb.