Bu gün Vətən müharibəsində itkin düşmüş bir neçə hərbçinin valideyni Prezident Administrasiyasının inzibati binasının qarşısına toplaşıb.

Open.az xəbər verir ki, valideynlər övladlarından 7 aydır xəbər ala bilmədiklərini qeyd ediblər.

Hazırda baş prokuror Kamran Əliyev də valideynlərin toplaşdığı yerə gəlib. O, valideynləri dinləmək üçün qəbula aparacağını vurğulayıb.

Qeyd edək ki, K.Əliyev bundan öncə də bir dəfə Vətən müharibəsində itkin düşən şəxslərin ailə üzvləri ilə görüşüb.